ABŞ Kanada ilə danışıqları buna görə dayandırdı

ABŞ Kanada ilə danışıqları buna görə dayandırdı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp ötən gün bildirib ki, Vaşinqton Ottava ilə ticarət danışıqlarını dayandırıb.

 

Sfera.az xəbər verir ki, buna səbəb kimi Kanada rəsmilərinin ABŞ-də tarif siyasətini tənqid edən reklam kampaniyasına maliyyə ayırması göstərilib.

 

“Ronald Reyqan Fondu indi bildirdi ki, Kanada fırıldaq yolu ilə 75 milyon dollarlıq saxta reklam yayımlayıb və bu reklamda Ronald Reyqan tariflər haqqında mənfi danışıb. Onlar bunu Ali Məhkəməyə və digər məhkəmələrə təsir etmək üçün ediblər”, – deyə Tramp “TruthSocial” sosial media platformasında yazıb.

 

O əlavə edib: “Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Bu zərərli fəaliyyətə görə Kanada ilə bütün ticarət danışıqları artıq dayandırılıb”.

 

Məlumatlara görə, Kanadanın əsas sənaye bölgəsi olan Ontario Trampın tətbiq etdiyi tarifləri ləğv etdirmək məqsədilə geniş reklam kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində Amerika mediasında Ronald Reyqanın azad ticarəti müdafiə edən və rüsumları tənqid edən çıxışlarından fraqmentlər yayımlanıb. Reyqan ABŞ-də ən hörmətli və uğurlu respublikaçı prezidentlərdən biri kimi tanınır.

 

Kanadanın “CTV” telekanalının məlumatına əsasən, Ontario qubernatoru Duq Ford bu kampaniyaya ən azı 75 milyon Kanada dolları (təxminən 53,4 milyon ABŞ dolları) ayırmağı planlaşdırıb. Hazırda ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının digər ölkələrə, o cümlədən Kanadaya tətbiq etdiyi tariflərin qanuniliyini araşdırır. Mübahisələrin noyabr ayında başlaması gözlənilir.

 

Qeyd edək ki, Ottava və Vaşinqton avqustun 1-dək yeni ticarət razılaşmasına nail ola bilmədikdən sonra Tramp “Kanada-Meksika-ABŞ Azad Ticarət Müqaviləsi”nə daxil olmayan bəzi Kanada mallarına tətbiq edilən tarifləri 25%-dən 35%-ə qaldırmaq barədə fərman imzalayıb. Hazırda Kanada polad və alüminium məhsullarına tətbiq olunan tariflər 50% səviyyəsindədir.

 

Niyaz Hacıyev

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR