Logo

Bu gün İrlandiyada prezident seçkiləri günüdür

Bu gün İrlandiyada prezident seçkiləri günüdür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İrlandiyada 24 oktyabr cümə günü prezident seçkiləri keçiriləcək.

Sfera.az xəbər verir ki, ölkə ərazisində seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılacaq və axşam saat 10:00-a qədər açıq qalacaq.

Prezidentlik uğurunda mübarizədə iki qadın mübarizə aparır. Bunlardan biri 68 yaşlı Ketrin Konnolli, digəri isə 62 yaşlı Heder Hamfrisdir.

Konnolli müstəqil namizəddir. Lakin onu millətçi “Sinn Féin” partiyası və solçu siyasi qüvvələr dəstəkləyir.

Hamfris isə “Fianna Fóil” (FF) partiyası ilə birlikdə hakim koalisiyanın bir hissəsi olan mərkəzçi “Fine Gael” (FG) partiyası tərəfindən namizəd göstərilib.

Seçki bülletenində olan bir digər ad isə Jim Gavin idi. Lakin o, oktyabr ayında səhvlər və maliyyə qalmaqalı səbəbilə namizədliyini geri götürdü.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR