Neçə nəfərin iştirak edəcəyini görmək üçün özünə “dəfn” təşkil etdi
Qeyri-adi komik hadisə Hindistanın Qaya rayonunun Konçi kəndində baş verib. 74 yaşlı kişi əsl özünə əsl “dəfn" təşkil edib. O, tabutda hərəkətsiz uzanmış, kəfənlə örtülmüş, "cəsədi" isə krematoriyaya aparılmışdır.
Sfera.az bildirir ki, Moha adlı qoca özünə “dəfn” təşkil etdirib.
Qocanın fikrincə, bu ideya “öldükdən sonra nə qədər hörmət və sevgi görəcəyini” görmək istəyindən yaranıb. Eksperiment bütün gözləntiləri aşıb: yüzlərlə qohum və dost qocanın həqiqətən də öldüyünə inanaraq, son ehtiramını bildirmək üçün toplaşıblar. Lakin kortej krematoriyaya çatdıqda, adam qəfildən tabutdan qalxıb. Orada olanların təəccübü və şoku medianın manşetlərinə çevrilib.
Gözlənilməz “dirilmə”dən sonra orada olanlar simvolik heykəl yandırıb və hadisəni qeyd etmək üçün bütün kənd üçün ümumi ziyafət təşkil ediblər.
Yerli sakinlər deyirlər ki, Mohan öz xeyirxah əməlləri ilə tanınır: o, bir dəfə kəndə krematorium bağışlayıb ki, insanlar yağışlı mövsümdə belə dəfn mərasimləri keçirə bilsinlər.
Yeri gəlmişkən, analoji təcrübə 2023-cü ildə braziliyalı dəfn direktoru Baltazar Lemos tərəfindən aparılıb. Onun zarafatı isə o qədər də həvəslə qarşılanmayıb. “Dəfnindən" sonra o, aldadılmış hiss edən dostlarının qəzəb dalğası ilə üzləşib.
Aynil






