Logo

Qadın pilot müəmmalı şəkildə itkin düşü

Qadın pilot müəmmalı şəkildə itkin düşü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da Neapol Bələdiyyə Hava Limanında (Florida) təyyarə gecə enişindən sonra tərk edilmiş halda tapılıb. Təyyarəni idarə edən pilot hadisədən sonra yoxa çıxıb, ertəsi günə qədər də hava limanına qayıtmayıb.

Sfera.az bildirir ki, polis hadisə ilə bağlı araşdırma aparır.

Boş “Cessna N20392” yerli vaxtla səhər saat 5 radələrində tapılıb. Aeroport administrasiyasının məlumatına görə, idarəetmə qülləsi həmin vaxt işləməyib, çünki iş saatı səhər saat 6-dan axşam 22-yə kimidir.

Hava Limanının Əlaqələr Direktoru Robin Kinq KİV-ə açıqlamasında:

"Biz səhər saat 5 radələrində gəldik və təyyarəni otlu bir tarlanın ortasında gördük. Mühafizəmiz bir gecədə iki nəfəri hava limanının ərazisindən buraxıb. Onlar heç bir xəsarət almayıblar və sadəcə olaraq uzaqlaşıblar. Bütün bildiyimiz budur” - deyə bildirib.

“FlightAware”in məlumatına görə, təyyarə səhər saat 2:40 radələrində Neapolda enməzdən əvvəl Fort Myers ətrafında bir neçə dəfə dövrə vurub, hadisədən sonra uçuş-enmə zolağının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, lakin hava limanı səhər saat 6:30-da normal fəaliyyətini bərpa edib.

Kinq: “Bu, həqiqətən qeyri-adidir. Biz heç vaxt belə bir halla rastlaşmamışıq"-deyə əlavə edib.

Daha sonra pilotun Fort Loderdeyldən olan 24 yaşlı Brianna Braun olduğu müəyyən edilib. Təyyarə artıq təftiş üçün anqara köçürüldükdən sonra günorta saatlarında hava limanına qayıdıb. Braun polisə və hava limanının rəhbərliyinə izahat verib.

Neapol polisinin sözçüsü leytenant Brian McGinn:

“Pilotun uçuş-enmə zolağından çıxdığını müəyyən etdik. O, hadisə barədə işçilərini məlumatlandırdığını bildirdi” - deyə bildirib.

İlkin məlumatlara görə, təyyarə Fort Lauderdale hava limanından uçuş üçün icarəyə götürülüb. Federal Aviasiya Administrasiyası (FAA) insidentin səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Robin Kinq FAA-nın istintaqa nəzarət etdiyini də qeyd edib.

“Sürüşmənin niyə baş verdiyini müəyyən etmək üçün araşdırmanın nəticələrini gözləyirik”.

Yerli polisin məlumatına görə, Braun xəsarət almayıb və müstəntiqlərlə əməkdaşlıq edir. Mümkün ittihamlar barədə məlumat yoxdur.

Neapol Bələdiyyə Hava Limanı özəl və təhsil uçuşlarına xidmət edir. Kiçik təyyarələrlə bağlı oxşar hadisələr tez-tez FAA araşdırmalarına səbəb olur.

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR