Kim Kardaşyan növbəti dəfə məşhur model və türk dizaynerin işini oğurladı - FOTOLAR

Kim Kardaşyan növbəti dəfə məşhur model və türk dizaynerin işini oğurladı - FOTOLAR
Kateqoriya məlum deyil
T

Kim Kardaşyan Londonda "All's Fair" adlı yeni dramın premyerasında görünüb. Burada həmkarları - Teyana Taylor, Sarah Paulson, Niecy Nesha və Naomi Watts ilə birlikdə layihəni ictimaiyyətə təqdim edib.

Sfera.az bildirir ki, oğurluqla ad çıxarmış Kardaşyan görünüşü üçün türkiyəli dizayner Dilarə Fındıkoğlunun Naomi Kempbell üçün yaratdığı qotik görünüşü təkrarlayıb.

Kardaşyan piton çaplı, nazik qayışlı, korsetli və arxası bağlayıcılı dəri korset midi paltarda görünüb.
Görünüşü tikmə ilə qara krujevalı papaq, uclu laklı çəkmələr və böyük xaç və dekorativ qılınclı gümüş zəncirlər tamamlayıb ki, bununla da o, Kempbellin görünüşünü yenidən yaradıb.

Yeri gəlmişkən, bu paltarı daha əvvəl Naomi Kempbell London Moda Həftəsində Dilarə Fındıkoğlu “Yaz-Yay 2026” şousu zamanı geyinmişdi. Beləliklə, Kardaşyan Naominin ikonik podium görünüşünü yenidən yaratsa da, görünüşə 90-ların “seks bomba” adını qazanmış Naominin cazibəsini əlavə edə bilməyib.

 

Aysel

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR