İlon Maska rəqib gəlir

Avropalı aviasiya və kosmos şirkətləri, ABŞ-li milyarder İlon Maskın “Starlink” layihəsinə rəqib olacaq yeni peyk şirkəti yaratmaq barədə razılığa gəliblər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Airbus”, Fransanın “Thales” və İtaliyanın “Leonardo” şirkətləri peyk istehsal fəaliyyətlərini birləşdirərək ortaq müəssisə qurmaq niyyətindədirlər. Yeni şirkətin 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Layihənin həyata keçməsi üçün şirkətlərin Avropa tənzimləyici qurumlarından təsdiq alması tələb olunur. Qeyd edilir ki, qurulacaq müəssisənin Avropa üzrə təxminən 25 min əməkdaşı olacaq və illik satış dövriyyəsi 6,5 milyard avro təşkil edəcək.
Ekspertlər hesab edirlər ki, bu addım Avropanın kosmos sahəsində müstəqilliyini gücləndirəcək və “Starlink”in bazar üstünlüyünə ciddi rəqib yaradacaq.
Bəsti Rəfizadə
Sfera.az






