İsrail “Hizbullah” hədəflərini vurdu

İsrail Müdafiə Qüvvələri Livanın Bekaa bölgəsində “Hizbullah”a məxsus təlim düşərgəsinə və dəqiq idarə olunan raket istehsalı obyektinə hava zərbələri endirib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri bəyanatında bildirilir ki, hücum edilən hədəflər arasında dəqiq raket istehsalı obyekti və Hizbullah təlim düşərgəsi də olub.
Ordunun məlumatına görə, bu obyektlər terrorçuların hazırlanması, təlimi və İsrailə qarşı hücumların planlaşdırılması üçün istifadə edilirdi.
Bundan əlavə, İsrail Livanın şimalında yerləşən “Hizbullah”a məxsus daha bir hərbi obyektə də zərbə endirib.
İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti hücumları İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasına cavab kimi qiymətləndirib. Nazirlik bəyan edib ki, silahların və terror obyektlərinin mövcudluğu, eləcə də “Hizbullah” üzvlərinin hərbi təlimləri İsrail dövləti üçün real təhdiddir və İsrailə qarşı istənilən təhlükənin aradan qaldırılması üçün əməliyyatlar davam etdiriləcək.
Fidan Hacızadə
Sfera.az






