ABŞ Zelenskini devirə bilər: "İnqilab, hətta sui-qəsd mümkündür"

ABŞ Zelenskini devirə bilər: "İnqilab, hətta sui-qəsd mümkündür"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşə dair sızan məlumatlar Qərb mediasında ciddi rezonans doğurub. İddialara görə, Vaşiqton artıq Kiyevdə siyasi kurs dəyişikliyinin mümkünlüyünü nəzərdən keçirir və Zelenskinin aradan götürülməsi də daxil olmaqla daha sərt addımlar gündəmdədir. ABŞ-nin mövcud vəziyyətdə alternativ fiqur axtardığı, bu istiqamətdə müxtəlif siyasi dairələrlə təmasların olduğu ehtimal edilir.

 

Məsələnin aktuallığı həm də ondan qaynaqlanır ki, Ukraynada müharibə uzandıqca daxildə narazılıqlar artır, ordunun resursları tükənir, ictimai rəydə isə “başqa lider modeli” müzakirə olunmağa başlayır. ABŞ-nin Ukrayna siyasətində prioritetlərin dəyişməsi fonunda “Zelenskinin əvəzinə kim gələ bilər?” sualı həm regionda, həm də Qərb analitik dairələrində əsas diskussiyalardan birinə çevrilib.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, bəzilərinin idarəetmə üsulları ilə düşüncələri təmamilə fərqlidir.

 

Onun sözlərinə görə, belə təsəvvür var ki, sərt üsul idarəni ancaq avtoritar rejimlər edə bilər, demokrat rejimdə isə istədiyini edə bilərsən, lakin belə deyil:

 

“Məsələn, Paşinyan demokratik idarə üsulundan istifadə edir, yeri gələndə ölkəsinin ikinci şəhərinin bələdiyyə rəhbərini və müxalifət liderlərini tutur. Kiyevdə də müharibə getsə də, xalq və müxalifət dövlətin yanındadır. Lazım olanda dövlət sərt tədbirlər həyata keçirir, yolda birini tutub müharibəyə yollayır, amma buna xalq da heç nə demir. Müharibə dövründə bütün ölkələrdə sərt rejimlər ola bilir, bu isə onların demokratikliyinə şübhə gətirmir”. 

 

Siyasi şəhçinin fikrincə, Zelenskini devirmək elə də asan məsələ deyil.

 

 

Ə.Məmmədli qeyd edib ki, Amerikanın bu məqsədlə istifadə edə biləcəyi metod inqilabdır:

 

“Məsələn, məxməri inqilab, narıncı inqilab hansı ki, Ukraynada bu praktika var. Dolayısıyla Zelenski də bu inqilabların vasitəsilə hakimiyyətə gəlib. Bildirilir ki, müxalifət liderləri də artıq narazılıqlarlarını bilridməyə başlayıb. Burada Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski, Ukraynanın sabiq prezidenti Petro Poroşenko, UDAR partiyasının rəhbəri Vitali Kliçkonun da adı çəkilir”.  

 

Politoloq nəzərə çatdırıb ki, bu vəziyyətdə Zelenski Ukrayna ərazilərini azad edə bilməsə, hakimiyyətdən getməli olacaq:

 

“İstənilən halda, bu vəziyyət belə davam etsə belə, yenə də Zelenski hakimiyyətdən gedəcək. Bu, prezident seçkilərinin elan edilməsi və iştirak etməməsilə və ya inqilabla, hətta sui-qəsdlə ola bilər”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR