Xarabalıq təbiət fəlakətinin nəticələrini görmək istəyən minlərlə turisti cəlb edir - FOTOLAR

Xarabalıq təbiət fəlakətinin nəticələrini görmək istəyən minlərlə turisti cəlb edir - FOTOLAR
Kateqoriya məlum deyil
T

2023-cü ildə baş verən dağıdıcı vulkan püskürməsindən və 3700 sakinin təxliyəsindən sonra İslandiyanın Grindavik (Qrindavik) şəhəri bir növ xarabalığa çevrilib. İndi təbiətin bütün bir şəhərin həyatını bir gecədə necə dəyişdirdiyini göstərmək üçün turlar təklif olunur.

 

Sfera.az bildirir ki, 2023-cü ilin noyabrında gecə vaxtı vulkan püskürməsi İslandiyanın Qrindavik balıqçı şəhərinin 3700 sakinini evlərini tərk etməyə məcbur edib. Şəhərin altındakı torpaq çatlayıb, küçələr yerindən oynayıb və lava axınları binaları dağıdıb.

 

Bir il sonra Qrindavik yenidən ictimaiyyətə açılıb. Turistlər indi təbiətin qüdrətinə və İslandiyanın son 50 ilin ən dəhşətli təbii fəlakətinin nəticələrinə şahid olmaq üçün ora axışırlar.

 

Keçmiş supermarketin yerində islandiyalı fotoqraf Sigurdur Ólafur Siqurdssonun fotosərgisi təşkil olunub. Onun görüntüləri şəhərin bir neçə gün ərzində necə fəlakət zonasına çevrildiyini göstərir: səkidəki çatlar, tərk edilmiş evlər və lava axını fonunda axtarış-xilasetmə qrupları. Bir müxbir maqmanın fışqırdığı 4 kilometr uzunluğundakı çatı “cəhənnəm qapıları” kimi təsvir edir.

 

Bu gün yalnız bir neçə keçmiş sakin təhlükəyə baxmayaraq geri qayıtmaq qərarına gəlib. Onların arasında hazırda Qrindavik turlarına rəhbərlik edən Kristin Maria Birgisdottir də var.

 

Qeyd edək ki, Qrindavik və onun ətrafı dünyanın ən aktiv vulkanik zonalarından biri olan Reykjanes Geoparkının mərkəzində yerləşir. 2018-ci ildən bəri beşdən çox böyük püskürmə və yüzlərlə zəlzələ baş verib. Yaxınlıqdakı Fagradalsfjall vulkanı bərkimiş lavaya təhlükəsiz baxmaq və geotermal bulaqları ziyarət etmək üçün məşhur bir yerə çevrilib.

 

Turistlər təkcə maraqdan deyil, həm də təbiət qarşısında insan həyatının kövrəkliyini dərk etmək üçün gəlirlər.

 

Bələdçi Karl Yohansson deyir: "Biz bir vulkanda yaşayırıq və buna öyrəşmişik".

 

Seysmik aktivlik səyahətçiləri qorxutmur. Bölgədə yeni attraksionlar açılır: “Lava” şousu, LAVA təhsil mərkəzi və “Vulkanın içində” turu. Təkcə ötən il “Vulkan Ekspress” kinoteatrı və “Vulkan Yolu” avtomobil marşrutu açılıb.

 

Aysel

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR