Təyyarə təcili eniş etmək məcburiyyətində qaldı -Qaçırılma həyəcanı...

Los-Ancelesə uçan təyyarə havaya qalxdıqdan qısa müddət sonra Nebraska ştatında təcili eniş etmək məcburiyyətində qalıb. Pilotlar səhvən kiminsə kabinəyə girib təyyarəni qaçırmağa çalışdığını düşünüblər.
Sfera.az bildirir ki, pilotlar təyyarəni qaçırma təhlükəsi səbəbindən təcili eniş edib
Lakin yerə endikdən sonra məlum olub ki, qapının döyülməsi domofonun nasazlığı səbəbindən pilotlarla əlaqə saxlamağa çalışan stüardessalardan olub.
"Domofonda statik səs eşidən pilotlar stüardessalar kabinənin qapısını döyməyə başlayanda kiminsə təyyarəni qaçırmağa çalışdığını düşünüblər. Onlar tez “SkyWest” təyyarəsini çevirərək təcili eniş ediblər"- deyə məlumatda bildirilir.
Enişdən sonra müəyyən edilib ki, domofon sistemində problem olub və ekipaj pilot kabinəsinin qapısını döyüb.
Kapitan bunun anlaşılmazlıq olduğunu anlayandan dərhal sonra sərnişinlərdən üzr istəyib.
"Təyyarədə hər şeyin qaydasında olub-olmadığına əmin deyildik, ona görə də bura qayıtdıq" -d eyə kapitan səsgücləndirici vasitəsilə bildirib.
Sərnişinlərin pilotların davranışına necə reaksiya verdiyi və ya kapitanı bağışlayıb-bağışlamadıqları məlum deyil.
Aynil






