Rubio İsrailə 2 günlük səfər edəcək

Rubio İsrailə 2 günlük səfər edəcək
Kateqoriya məlum deyil
T

ABŞ Dövlət Katibi Marko Rubio oktyabrın 23-də İsrailə iki günlük səfər edəcək. 


Sfera.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” xəbər verib.

 

Nəşr bildirir ki, ABŞ Vitse-Prezidenti Ceyms Vens oktyabrın 21-də İsrailə səfər edib və bu həftənin əvvəlindən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və Ağ Evin kürəkəni Cared Kuşner yəhudi dövlətindədir. Amerika rəsmiləri Qəzza zolağında atəşkəsi qorumağa çalışır.


Oktyabrın 9-da Tramp İsrail və Fələstin radikal HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çıxarılmasını nəzərdə tutan sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlayıb. Oktyabrın 10-na keçən gecə İsrailin Baş Naziri Benyamin Netanyahunun ofisi hökumətin bütün girovların azad edilməsi ilə bağlı sazişi təsdiqlədiyini açıqlayıb.


Qeyd edək ki, Qəzza zolağında atəşkəs razılaşması oktyabrın 10-dan qüvvəyə minib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR