"Qərb Rusiyanın mövqelərini zəiflətmək istəyir" - Ryabkov

"Qərb Rusiyanın mövqelərini zəiflətmək istəyir" - Ryabkov
Kateqoriya məlum deyil
T

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqı (Aİ) və NATO-ya sərt ittiham yönəldib. Moskvanın açıqlamasına görə, Qərb ölkələrinin əsas məqsədi Rusiyanın beynəlxalq arenadakı mövqelərini zəiflətmək və problemlərin həllini çətinləşdirməkdir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov paytaxt Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, Aİ və NATO üzvləri Rusiyaya qarşı “pozucu fəaliyyət” həyata keçirir.

 

“Bu ölkələr hər şeyi baltalamaq üçün çalışır. Onların Rusiyaya zərər vermək, mövqelərimizi zəiflətmək və qarşılaşdığımız problemlərin həllini çətinləşdirməkdən başqa məqsədi yoxdur”, – Ryabkov deyib.

 

O, həmçinin “CNN”in “Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında planlaşdırılan görüşün təxirə salındığı” barədə xəbərinə münasibət bildirib:

 

“Əgər razılaşdırılmamış bir görüş varsa, onu təxirə salmaqdan söhbət gedə bilməz. Qərb mənbələri yenə də spekulyativ və əsassız məlumatlar yaymaqda davam edir”.

 

Ryabkov gələcəkdə iki nazir arasında yeni bir telefon danışığının mümkün olduğunu da istisna etməyib. Nazir müavini əlavə edib ki, Aİ bu gün beynəlxalq arenada “ən dağıdıcı qüvvə”yə çevrilib: “Biz onların destruktiv addımlarına hazırıq və buna necə cavab verəcəyimizi yaxşı bilirik”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR