Zelenski buna görə Trampdan istədiyini ala bilmədi - İDDİA

Zelenski buna görə Trampdan istədiyini ala bilmədi - İDDİA
Kateqoriya məlum deyil
T

Qərb mediasının məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdə baş tutan görüşü gərgin atmosferdə keçib.

 

İddiaya görə, Tramp Zelenskidən atəşkəs əldə etmək üçün Rusiyaya müəyyən güzəştlərə getməsini tələb edib. Xatırladaq ki, Moskva atəşkəs üçün Donbasın bütün hissələrinin Rusiyaya verilməsini istəyir, lakin Kiyev bu tələbi qəbul etmir.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, Trampın Zelenski ilə görüşü ərəfəsində ABŞ-Rusiya münasibətlərindəki dəyişikliklər Ukraynanın gözləntilərini puça çıxarıb:

 

 

“Tramp Zelenskini Ağ Evdə qəbul edərkən münasibətlər zahirən normal idi, tərəflər bir-birinə xoş sözlər deyirdi. Ukrayna düşünürdü ki, bu görüşdə silah yardımı, xüsusilə “Tomahavk” raketlərinin verilməsi məsələsi həllini tapacaq. Lakin Trampın görüşdən əvvəl Putinlə apardığı telefon danışığı vəziyyəti dəyişdi və o, Rusiyaya qarşı mövqeyini yumşaltdı”.

 

Politoloqun sözlərinə görə, Tramp zaman-zaman həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərməklə öz siyasi planını reallaşdırmağa çalışır:

 

“Vaşinqton görüşündə Ukrayna istədiyinə nail ola bilmədi. ABŞ artıq açıq şəkildə Kiyevdən atəşkəsə razı olmasını, müqaviməti azaltmasını istəyir. Bu istiqamətdə müəyyən təzyiq mexanizmləri işə salınıb. Xüsusilə də Donbasın bir hissəsinin Rusiyaya verilməsi ilə bağlı səslənən fikirlər yeni deyil. ABŞ rəhbərliyi bunu əvvəllər də dilə gətirib. Kiyev yalnız hər iki tərəfin mövcud mövqelərində dayanması şərtilə atəşkəsə hazırdır. Rusiya isə Donbasın tam şəkildə ona verilməsini və bunun hüquqi cəhətdən tanınmasını istəyir. Vaşinqton bu halda həm Ukraynanın müdafiəsini Avropa vasitəsilə dəstəkləyə, həm də Rusiyanın təbii ehtiyat bazarlarından faydalanaraq öz iqtisadi maraqlarını qoruya bilər. Bundan əlavə, ABŞ Rusiyayla yaxınlaşmaqla Moskva-Pekin ittifaqının dərinləşməsinin qarşısını almağa çalışır”.

 

Oqtay Qasımov sonda əlavə edib ki, prosesin gedişi Budapeştdə keçirilməsi planlaşdırılan növbəti görüşün nəticələrindən asılı olacaq.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR