Qəzza razılaşmasına sadiqik -Xəlil əl-Həyya

“HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərini yerinə yetirməkdə qərarlıdır və ölən israilli girovların cəsədlərinin axtarışı üçün səylərini davam etdirir”.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu hərəkatın rəhbəri və radikal qruplaşmanın danışıqlar nümayəndə heyətinin rəhbəri Xəlil əl-Həyya deyib.
“Biz qalıqların bərpası prosesində ciddi çətinliklərlə üzləşirik, lakin atəşkəs razılaşmasını yerinə yetirmək üçün cəhd etməyə davam edirik və qərarlıyıq”, - Əl-Həyya bildirib.
O vasitəçilərin və ABŞ Prezidenti Donald Trampın bəyanatlarının HƏMAS-ı Qəzzada müharibənin bitdiyinə inandırdığını da əlavə edib.
Xatırladaq ki, oktyabrın 6-da İsrail və HƏMAS-ın nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin həlli üçün dolayı danışıqları bərpa ediblər. Oktyabrın 9-da tərəflər Amerika liderinin əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Fidan Hacızadə
Sfera.az




