ABŞ-nin vitse-prezidenti İsrailə səfər edəcək

ABŞ-nin vitse-prezidenti İsrailə səfər edəcək
Kateqoriya məlum deyil
T

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin oktyabrın 21-də İsrailə səfəri gözlənilir.

 

Sfera.az xəbər verir ki, "The New York Times" qəzetinin yazdığına görə, səfərin əsas məqsədi Qəzza zolağında Fələstinin Həmas hərəkatı ilə "çətinliklə əldə edilmiş və kövrək" atəşkəs razılaşmasını xilas etməkdir.

 

Bundan əvvəl İsrail kabineti Vensin bir neçə gün davam edəcək səfərini elan etmişdi. İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdakı danışıqların təfərrüatlarını açıqlamayıb. Oktyabrın 20-də İsrailin baş naziri ABŞ prezidentinin sülhməramlı əməliyyatlar üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə görüşüb.

 

Nəşrin yazdığına görə,  Donald Tramp administrasiyasının Qəzza ilə bağlı müharibədən sonrakı iddialı planını həyata keçirmək üçün atəşkəsi qoruyub saxlaması çox vacibdir. 20 bənddən ibarət plan, digər məsələlərlə yanaşı, anklavda müvəqqəti xarici idarəetmənin tətbiqini, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutur.

 

Qeyd edək ki, oktyabrın 19-da İsrail ordusu cənub anklavının Rəfah şəhəri yaxınlığında İsrail əsgərlərinin atəşə tutulduğu insident barədə məlumat verərək, fələstinli radikalların atəşkəsi pozduğunu elan edib. Netanyahu atəşkəsi pozmaqda HƏMAS-ı günahlandırıb və silahlı qüvvələrə radikallara qarşı hərəkət görməyə əmr verib. Ordu daha sonra bütün anklavda silsilə zərbələr endirib, onlarla hədəfə hücum edib. Hərbçilər daha sonra Rəfəhdə səhər saatlarında baş verən insidentdə iki əsgərin öldüyü, bir əsgərin isə ağır yaralandığına aydınlıq gətirib. HƏMAS nümayəndələri Rəfah hadisəsində hər hansı əli olduğunu inkar edir və atəşkəs razılaşmasına sadiqliklərini davam etdirirlər. 

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR