Aİ Ukraynaya tərəfdaş kimi baxmır

Aİ Ukraynaya tərəfdaş kimi baxmır
Kateqoriya məlum deyil
T

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı etiraf edib ki, Avropa İttifaqı Ukraynaya yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılmasında tamhüquqlu tərəfdaş kimi baxmır.

 

Sfera.az xəbər verir ki, Zalujnı bu fikrini Polşanın Şərqi Cinah İnstitutunun analitik mərkəzinin saytında dərc olunan məqaləsində bildirib . 

 

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı hesab edir ki, Aİ-nin 2030-cu ilə qədər Avropanın müdafiəyə hazırlığına dair Ağ Kitabına əsaslanaraq, Avropa İttifaqı 2030-cu ilə qədər öz təhlükəsizliyini təmin etmək üçün yalnız NATO-ya və daha sonra ABŞ-a arxalanacaq.

 

“Ukraynanın gələcək Avropa təhlükəsizlik arxitekturasında tamhüquqlu oyunçu kimi iştirakı nə formal, nə də əsaslı olaraq nəzərdən keçirilir, döyüş təcrübəsinin qismən istifadəsi və Rusiya ilə müharibədə yardım, onsuz da müharibə vəziyyətində olan qonşuya dəstək verməklə müharibədən qaçmaq strategiyası istisna olmaqla” - deyə Zalujnı bildirib.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR