Tramp-Putin görüşündə Zelenski də iştirak edə bilər

Bəzi Avropa İttifaqı liderləri, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Budapeştdə planlaşdırılan görüşdə iştirak etmək üçün lobbiçilik aparır.
Sfera.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Nəşrin sözlərinə görə, Avropa liderləri həm bu görüşdə, həm də sonrakı bütün mümkün danışıqlarda Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakını təmin etməyə çalışacaqlar.
Qəzet əlavə edib ki, Aİ ölkələri, Ağ Evin əvvəllər tələb etdiyi kimi, Ukraynanın ərazisini Rusiyaya vermək niyyətində deyil.
Politico vurğulayıb ki, belə bir addım Estoniya, Latviya və Litvanı narahat edəcək və nəticədə bir çox Avropa ölkələrində “kütləvi silahlanma”ya səbəb ola bilər.
Oktyabrın 16-da Putinlə telefon danışığından sonra Tramp tezliklə Budapeştdə görüşməyə razılaşdıqlarını açıqlayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, Moskva və Vaşinqton gecikmədən iki ölkə liderləri arasında Macarıstan paytaxtında keçiriləcək yeni görüşə hazırlaşmağa başlayacaq.
Oktyabrın 17-də Tramp Ağ Evdə Zelenski ilə görüşüb. Görüşdə Ukraynaya silah tədarükü və Rusiya-ABŞ prezidentləri arasında Budapeştdə gözlənilən görüş müzakirə olunub. Zelenski sonradan etiraf edib ki, Vaşinqton görüşündə Trampın komandasının nümayəndələri Kiyevdən Donbasdan çıxmağı tələb ediblər. Görüşdən sonra KİV-lər Trampın Ukraynaya “Tomaqavk” qanadlı raketlərini verməkdən imtina etdiyini yazıb.
Niyaz Hacıyev
Sfera.az






