Luvr muzeyini qarət edib Napoleonun daş-qaşlarını oğurladılar - FOTO

Luvr muzeyini qarət edib Napoleonun daş-qaşlarını oğurladılar - FOTO
Kateqoriya məlum deyil
T

Dünyanın ən məşhur incəsənət muzeylərindən biri olan Parisdəki Luvr muzeyi ötən gün səhər saatlarında qarət edilib. Oğurluqdan sonra Luvr muzeyi ziyarətçilər üçün bağlanıb. 

Sfera.az bildirir ki, oğrular Mona Lizadan bir neçə blok aralıda Napoleon dövrünə aid ləl-cəvahiratların sərgiləndiyi Qalereya d'Apollon bölməsinə girərək, Napaleon və kraliçaya aid doqquz tarixi parça oğurlayıblar.

 

Oktyabrın 19-da səhər saatlarında minlərlə parisli və turist Luvr muzeyinə daxil ola bilməyib. Təhlükəsizlik qüvvələri muzeyi mühasirəyə alaraq qapıları bağlayıb. Qısa müddət sonra Fransanın mədəniyyət naziri Raşida Dati muzeyin oğurlandığını açıqlayıb.

 

Fransa imperatoru III Napoleonun həyat yoldaşı üçün hazırlanmış tacın oğurlandığı və tacın Luvr yaxınlığında sınmış halda tapıldığı bildirilir. Səlahiyyətlilər, oğrular qaçarkən tacın düşərək zədələndiyini güman edirlər.

 

Oğurluqdan sonra muzeyə söykənən nərdivan görünüb.

 

Soyğunçuların Luvr muzeyinə daxil olmaq üçün Sena çayına baxan pəncərənin qarşısına nərdivan qoyduqları müəyyən edilib. Onların içəri hadisənin baş verdiyi Apollon Qalereyasına bitişik təmirdə olan bina vasitəsilə daxil olduqları müəyyən edilib. Oğruların muzeyin pəncərələrini kəsmək üçün şüşə kəsicilərdən, içəridəki vitrinləri sındırmaq üçün forkliftdən istifadə edildiyi bildirilir. Soyğun cəmi 7 dəqiqə ərzində baş tutub.

 

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR