Dünyanın ən böyük ayaq ölçülü adamı Ceyson Rodriqezin qəmli hekayəsi - FOTO

Bəzi titullar qürurverici səslənsə də, Jeison Rodriguez (Ceyson Rodriqez) üçün "dünyanın ən böyük ayaqlı adamı" olmaq bunun əksini ifadə edir. Hər artan ağrı ona həqiqətən böyüyən bədəni xatırladır. Qapılara söykənən, özünə uyğun ayaqqabı tapmaqda, bəzən isə öz çəkisini daşımaqda çətinlik çəkən Ceyson həyatı boyu təkcə xəstəliklə deyil, insanların baxışları ilə də mübarizə aparıb.
Gəlin onun kədərli hekayəsinə daha yaxından nəzər salaq.
Sfera.az bildirir ki, Ceyson bədənində ilk ağrıları hələ səkkiz yaşında hiss etməyə başlayıb.
On yaşında o, sürətlə böyüməyə başlayıb və on iki yaşında ona aroqqantizm diaqnozu qoyulub. Beynindəki hipofiz vəzi normadan daha çox böyümə hormonu istehsal edirdi. Hələ uşaq olsa da, anasından hündür idi və artıq 50 ölçülü ayaqqabı geyinirdi.
Məktəb həyatı qorxulu idi. Palo Neqrodakı məktəbində dostları onu “canavar” və “Bigfoot” adlandıraraq ələ salırdılar. Üzərinə tüpürmək, itələmək və kənarlaşdırmaq gündəlik işə çevrilmişdi. O, üç dəfə intihara cəhd etsə də, hər dəfə ailəsinin dəstəyi və inancının sayəsində həyata bağlanıb.
Ceysonun həyatı 2016-cı ildə tamamilə dəyişdi
Ayaqqabı tapmaq onun ən böyük problemlərindən biri idi. 14 yaşından bəri parçadan düzəltdiyi sadə başmaqlar geyinirdi. Bu ayaqqabılar bir neçə həftə içində dağıldığı üçün o, tez-tez ayaqyalın gəzirdi. Bu, Almaniyadan olan ortopedik ayaqqabı istehsalçısı Georg Wessels onu tapana qədər davam etdi.
Wessels şəxsən Venesuelaya sifarişlə hazırlanmış ayaqqabılarla dolu üç çamadan gətirib. Ceyson indi gəzə, çölə çıxa və hətta Avropaya səyahət edə bilərdi. 2020-ci ildə "Nəhənglər görüşü" üçün Fransaya gedəndə "İlk dəfə özümü normal hiss etdim" - demişdi.
Buna baxmayaraq həyat hələ də asan deyil. Dörd ildir ki, dərmanlarını qəbul edə bilməsə də, bədəni nəzarətsiz böyüməyə davam edir.
İndi 2,38 metr boyu ilə o, Latın Amerikasının ən uzun insanı və dünyanın ikinci ən hündür insanıdır. O, müalicə üçün iki aydan bir 1500 dollar tapmalıdır, əks halda baş ağrıları, qıcolmalar və yaddaş itkisi yaşayır.
Ceyson hazırda Kolumbiyanın Barranquilla şəhərində yaşayır. O, əyləncə parkında çıxış edərək madiyyatını təmin edir.
Xanım










