"Tramp Rusiya-Ukrayna münaqişəsində səylərini davam etdirəcək" -Karolin Levitt

"Tramp Rusiya-Ukrayna münaqişəsində səylərini davam etdirəcək" -Karolin Levitt
Kateqoriya məlum deyil
T

Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin dinc yolla həlli istiqamətində səylərini davam etdirəcək.

 

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, Tramp sülhün bərqərar olması üçün gecə-gündüz çalışır və bu istiqamətdə Rusiya və Ukrayna ilə bağlı da eyni səyləri göstərməkdə davam edəcək. 

 

“O, İsrail və Qəzza ilə bağlı olduğu kimi, burada da sülhün təmin olunmasına çalışır. Yaxın Şərqdə yeni bir səhər doğur və ümid edirik ki, bu, Rusiya və Ukrayna üçün də keçərli olacaq”, — deyə Leavitt “Fox News”a müsahibəsində bildirib.

 

Mətbuat katibi əlavə edib ki, Tramp 16 oktyabrda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında, eləcə də 17 oktyabrda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bu münaqişənin artıq çox uzun çəkdiyini və ABŞ-ın səbrinin getdikcə azaldığını açıq şəkildə ifadə edib.

 

Qeyd edək ki, bundan əvvəl Tramp “Truth Social” platformasında paylaşım edərək, Zelenskiyə münaqişənin həlli üçün razılıq əldə etməyi tövsiyə etdiyini yazmışdı.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR