Tramp-Zelenski görüşü gərgin keçib

Tramp-Zelenski görüşü gərgin keçib
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan görüşün gərgin keçdiyi bildirilir.

 

Sfera.az “Axios” nəşrinə istinadən xəbər verir ki, iki lider arasındakı dialoq çətin və hətta pis atmosferdə keçib. 

 

Mənbələrdən biri qeyd edib ki, Ağ Ev rəhbəri sərt davranıb və heç kim qışqırmasa da, müəyyən anda emosional olub.

 

Məlumatda qeyd olunur ki, Zelenski Tomaqavk tipli uzaqmənzilli raketlərin Kiyevə ötürülməsində israr edib, lakin Tramp bu tələbi qəti şəkildə rədd edib.

 

“CNN” isə görüşü gərgin, səmimi və bəzən narahat müzakirə kimi xarakterizə edib. Nəşr yazır ki, Tramp Zelenskiyə birbaşa və açıq şəkildə Ukraynanın uzaqmənzilli raketlər almayacağını bildirib.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR