495 milyon funt sterlinqlik lotereya uduşu kişi və ailəsinin həyatını məhv etdi - FOTOLAR

495 milyon funt sterlinqlik lotereya uduşu kişi və ailəsinin həyatını məhv etdi - FOTOLAR
Kateqoriya məlum deyil
T

Britaniyalı çörəkçi Keyt Qof böyük lotereya uduşu qazanaraq ailəsinin həyatını yaxşılığa doğru dəyişib. Eyni zamanda, böyük məbləğdə pul qalibin və ailəsinin həyatını tamamilə və dönməz şəkildə məhv edib.

Sfera.az bildirir ki, cənab Qofun lotereyada qazandığı uduşu ailəsini, ən yaxın dostlarını itirməsinə və spirtli içkilərdən sui-istifadədən ölümünə səbəb olub.
 

Belə ki, adı çəkilən şəxs çörəkçi işləyib. 2005-ci ildə o, lotereya bileti alıb və 9 milyon funt-sterlinq (demək olar ki, 20 min Azn) olan cekpotu qazanıb.
 

O, dərhal ətrafa pul dağıtmağa, sevimli futbol klubu “Aston Villa”ya VIP mövsüm biletləri, sonra isə yarış atlarına pul qoymağa başlayıb. Sonradan o, dəbdəbəli BMW və başqa əşyalar alıb.
 

Cənab Qof daha sonra işini atıb və tezliklə sıxılmağa başlayıb, bununla da, çox içməyə başlayıb. Bu, evliliyinin dağılmasına səbəb olub.
 

"Həyatımda rutin olmadan, xərcləməyə başladım - nəhayət, sadəcə darıxdım. Əvvəllər məşhur idim, amma indi bütün dostlarımı uzaqlaşdırdım. Artıq heç kimə inanmıram. Həyatım gözəl idi. Amma lotereya hər şeyi məhv etdi” - deyə 2009-cu ildə ölümündən bir il əvvəl bildirib.
 

Boşandıqdan sonra britaniyalı sürücü və bağban tutaraq Çeşirdə 1 milyon funt sterlinqlik kirayə evə köçüb. Lakin o, alkoqoldan sui-istifadə etməyə davam edib, daha sonra reabilitasiyaya gedib.
 

O sonradan 700.000 funt sterlinq məbləğində aldadıldı və bir il sonra spirtli içki və stressin təsirindən xəstəxanada ölüb. Həkimlər milyonçunun ölümünə spirtli içkidən zəhərlənmənin səbəb olduğunu bildiriblər.
 

Ölümündən əvvəl o, insanlara "lotereya biletləri almamaq" barədə xəbərdarlıq etmişdi, çünki bu, onun həyatını məhv etmişdi. Faciəvi sona və bütün pulunu sovurduğuna dair şayiələrə baxmayaraq, bu yaxınlarda bir fakt üzə çıxıb: Cənab Qof ailəsinə 800.000 funt-sterlinq miras vəsiyyət edib.

 

Aynil

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR