Donald Tramp ilə Volodimir Zelenski arasında görüş keçirilir

Donald Tramp ilə Volodimir Zelenski arasında görüş keçirilir
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş keçirilir.

 

Sfera.az xəbər verir ki, Ağ Evdə keçirilən danışıqlar 20 dəqiqə gecikmə ilə başlayıb və mətbuata qapalı olaraq davam edir.

 

Görüş zamanı ABŞ-nin Ukraynaya hərbi dəstəyi, Rusiya-Ukrayna müharibəsinin gedişi kimi aktual məsələlərin müzakirəsi gözlənilir.

 

Həmçinin təsdiqlənməmiş məlumatlara görə, danışıqların gedişində Trampın Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşünün gündəliyi barədə də fikir mübadiləsi aparılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR