Daha bir ölkə İrana sanksiya tətbiq etdi

Kateqoriya məlum deyil
T
Yeni Zelandiya hökuməti İrana qarşı sanksiyaların bərpası barədə qərar qəbul edib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Pitersin açıqlamasında bildirilib.
Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan sənəddə qeyd olunur:
“Sanksiyaların yenidən tətbiqi beynəlxalq ictimaiyyətin İranın uranın zənginləşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməməsindən dərin narahatlığını əks etdirir”.
Nazir Piters vurğulayıb ki, Yeni Zelandiya hər zaman nüvə silahının yayılmasının qarşısının alınması istiqamətində diplomatik səyləri dəstəkləyib:
“Biz İranı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə danışıqları və əməkdaşlığı tam şəkildə bərpa etməyə çağırırıq”.
Niyaz Hacıyev
Sfera.az




