Rusiya səhvən öz qırıcısını VURDU

Rusiya səhvən öz qırıcısını VURDU
Kateqoriya məlum deyil
T

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz uçan aparatlarının Krımdakı obyektlərə hücumunu dəf edərkən səhvən öz qırıcısını vurub.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna hərbi-dəniz qüvvələrinin sözçüsü Dmitri Pletençuk "Apostrof" efirində bildirib.

 

O həmçinin qeyd edib ki, yarımadaya gecə zərbələrindən sonra Qvardeyskdə neft bazasında yanğın başlayıb.

 

Qeyd edək ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri oktyabrın 16-dan 17-nə keçən gecə yeddi region üzərində Ukraynaya məxsus 61 sabit qanadlı pilotsuz uçuş aparatını (PUA) vurub.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR