“Dünyanın ən yaşlı ailəsi" uzun ömürlülüyün sirrini açır - FOTO

Şimali İrlandiyada yaşayan Donnelli ailəsi 13 bacı-qardaş birlikdə 90 yaşını artıq ötüb. Ümumilikdə 1080 il yaşayan ailə uzunömürlülüyün sirlərini araşdıranları da təəccübləndirir. Mütəxəssislər genetik faktorları vurğulasalar da, Donnelli ailəsi tək bir vərdişdən qaçmağın onların uzunömürlülüyünün əsasını təşkil etdiyini deyirlər.
Sfera.az bildirir ki, Şimali İrlandiyada yaşayan Donnelli ailəsi 13 üzvü ilə birlikdə ümumilikdə 1080 il yaşayaraq "dünyanın ən yaşlı ailəsi" adını qazanıb.
Ailə üzvləri uzun yaşamaq üçün xüsusi səy göstərmədiklərini bildirərək, həyatları boyu yalnız bir zərərli vərdişdən uzaq olduqlarını vurğulayırlar.
Onlar heç vaxt spirtli içki qəbul etməyiblər.
Dünyanın ən çox spirtli içki qəbul edən bölgələrindən biri olan Şimali İrlandiyada yaşamalarına baxmayaraq, ailə üzvləri həyatlarında heç vaxt spirtli içki qəbul etmədiklərini bildiriblər. Ailənin ən yaşlı üzvü Maureen Donnelli:
“Hamımız 50-60 yaşlarımızdakı kimi sağlamıq. Dəyişməmişik, dəyişmirik, gənclik çağındayıq" - deyə bildirib.
Spirtli içkiləri həyatlarından silən Donnelli ailəsi, sağlam həyatlarında qidalanma vərdişlərinin də rol oynadığını bildirib.
Hər gün tərəvəz şorbası yeyən ailə uşaqlıqdan bağçasındakı alma ağaclarından alma yediklərini bildirib. Onlar həmçinin qeyd ediblər ki, evdə müntəzəm məşq onların fiziki sağlamlığını qorumağa kömək edir.
Aynil








