ABŞ-Rusiya münasibətləri gərginləşə bilər - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna hücumlara hazırlaşa bilər. O, Ukraynaya "Tomahawk" raketlərindən başqa silahların verilməsi məsələsini də nəzərdən keçirdiyini deyib.
Əgər Zelenski müharibəni davam etdirmək niyyətində olsa, Trampın mövqeyi necə olacaq? O, Ukraynaya dəstəyi davam etdirəcək, yoxsa neytral qalacaq?
Siyasi şərhçi Kənan Novruzov bu açıqlamanı iki cür izah edir:
"Birincisi, Ukraynaya hücum imkanı yaratmaq. Trampın sözləri Ukraynaya Rusiya üzərinə güclü hücumlar etmək üçün siyasi dəstək ola bilər. Çünki Tramp Putindən məyus olduğunu dəfələrlə bildirib.
İkincisi isə Rusiyanı qorxutmaq məqsədi güdülür. Bu açıqlama sadəcə taktiki gediş ola bilər. ABŞ bu yolla Rusiyanı sülhə razı salmağa çalışa bilər".

Novruzov qeyd etdi ki, ABŞ Ukraynanın Rusiyaya hücum etməsini istəsə bunu öncədən bəyan etməyə ehtiyac yoxdur:
"Tramp müharibənin bitməsini istəyir və bu məqsədlə həm Kiyev, həm də Moskva ilə danışıqlar aparır. Novruzov hesab edir ki, Zelenski sülh sazişinə imza atsa, xalq onu hakimiyyətdə saxlamaz. O, vətənpərvər olsa da, siyasi təcrübəsi azdır və bu səbəbdən qurban ola bilər — ya qaçacaq, ya öldürüləcək, ya da istefa verəcək.
Bu halda ABŞ öz istədiyi şəxsi Ukraynaya gətirə bilər. Həmin şəxs sülh sazişinə razı olar və xalqı qorumaq adına kompromisə gedə bilər".
Fidan Hacızadə
Sfera.az






