Ağdərili qaçqınlara "yaşıl işıq" yandırılacaq - ABŞ iqrçilik edir?

Ağdərili qaçqınlara "yaşıl işıq" yandırılacaq - ABŞ iqrçilik edir?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin miqrasiya siyasətini dəyişərək əsasən Avropa və Cənubi Afrikanın ağdərili əhalisindən olan qaçqınların qəbuluna imkan yaratmağı planlaşdırır. 

 

Sfera.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

 

Nəşrin əldə etdiyi sənədlərə əsasən, hazırda dünyanın ən həssas təbəqələrinə yardım məqsədi daşıyan qaçqın proqramında yenilənərək əsasən ağdərili və təqiblərə məruz qaldığını iddia edən şəxslərə üstünlük verəcək. Qəzet yazır ki, bu kateqoriyaya əsasən ağdərili avropalılar, Cənubi Afrikalılar və bəzi sağçı avropalı siyasi fəallar daxildir.

 

Bildirilir ki, plan bu ilin aprel və iyul aylarında Dövlət Departamenti və Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən Ağ Evə təqdim olunub, lakin hələ razılaşdırılmayıb.

 

Xatırladaq ki, Tramp daha əvvəl Cənubi Afrikada ağdərili fermerlərə qarşı ayrı-seçkilik iddialarını əsas gətirərək onların ABŞ-da qaçqın kimi qəbul edilməsi proqramının hazırlanmasını tapşırmışdı.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR