Çin Fransadan kömək istəyir

Çin Xalq Respublikasının rəhbərliyi Çin-Avropa münasibətlərinin tənzimlənməsi prosesində Parisin dəstəyinə ümid edir.
Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər naziri Van İ bəyan edib.
“Ümid edirəm ki, Fransa Avropa İttifaqını həqiqi strateji müstəqilliyi qorumağa və Çin barədə düzgün anlayış formalaşdırmağa təşviq edəcək”, – deyə Çin Xarici İşlər Nazirliyinin saytında Van İ-nin sözlərindən sitat gətirilir.
O, bu fikirləri Şərqi Çinin Xanço şəhərində Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonnla görüşü zamanı səsləndirib:
“Çin və Avropa İttifaqı arasında mövcud ticarət-iqtisadi əlaqələrin mahiyyəti qarşılıqlı üstünlüklərə və birgə faydaya əsaslanır”.
Çinli diplomatın sözlərinə görə, Çin və Aİ arasında geosiyasi ziddiyyətlər mövcud deyil, milli maraqlar baxımından da kəskin fikir ayrılıqları yoxdur.
Van İ vurğulayıb ki, Pekin və Brüssel münasibətlərdə diqqəti əməkdaşlığa yönəltməli və bir-birini tərəfdaş kimi görməlidir.
Niyaz Hacıyev
Sfera.az




