Bir gecə birlikdə olduğu kişilərin başını kəsən kraliça

16-cı əsrdə, cəmiyyətin əsasən patriarxal olduğu bir dövrdə, Kraliça Əminə bu gün Zaria kimi tanınan Zazzua şəhərində tanınan ilk qadın hökmdar olub.
Kraliça Əminənin varlığını sübut edən çoxlu sübutlar, məsələn, kral sarayında tapılan xarabalıqlar, Zariyadakı hərbi poliqon və fəth etdiyi şəhərləri əhatə edən divarlar olsa da, bu gün çoxları onun heç vaxt mövcud olmadığına və sadəcə bir əfsanə olduğuna inanırlar.
Sfera.az bu yazıda Zazzua kraliçası Əminənin həyatı haqqında maraqlı faktlar təqdim edir.
Əminə 1533-cü ildə Nigeriyanın şimalındakı Kaduna əyalətindəki Hausa qəbiləsinin hökmdarları Kral Nikatau və Kraliça Bakva Turunkuda anadan olub. Əminənin Kərəm adlı qardaşı və Zariya adlı bacısı olub.
Əminə gənc qız ikən siyasi və hərbi məsələlərlə kifayət qədər maraqlanırdı.
O zaman siyasətlə, hərb ilə ancaq kişilər məşğul olurdu. Əminə atasından əvvəl padşahlıq etmiş babası ilə çox vaxt keçirirdi. 16 yaşı tamam olanda anası onu “Varis” seçdi və Əminəyə 40 qul qadın hədiyyə etdi. Tanınmış kral ailəsinin nəslindən olan gözəl gənc qadın olan Əminə ölkədə bir çox kişilərin arzuladığı və gənc yaşına baxmayaraq, çox sayda elçiləri vardı. Elçilər ona qulluqçular, paltar və zinət əşyaları təklif etsələr, o, hamısını rədd edirdi.
Əminənin qardaşının hakimiyyəti dövründə o, dörd böyük hərbi yürüşə başçılıq edib və Əminə digər kişi döyüşçülər arasında cəsarətlə vuruşub. Əminənin cəsarəti o qədər böyük idi ki, onu bütün döyüşçülərə rəhbər təyin etmişdilər. Qardaşı Kral Kərəmin ölümündən sonra taxt-tac üçün növbə onun idi. 1576-cı ildə Əminə Zazzuanın yeni hökmdarı oldu. Kraliça kimi Əminə şiddətli və güclü hökmdar idi. Qonşu ölkələrə qarşı çoxsaylı və geniş müharibələr aparan Əminə padşahlığının üçüncü ayında 20.000 nəfərlik bir qüvvə və 1000 əsgər birliyi əldə etmişdi.
Əminə 34 il hökmdar olduğu müddətdə heç kimin yanında ömürlük olmağı düşünmədiyi üçün evlənmək fikrinə qarşı idi.
Ömürlük bir kişiyə bağlı olmaq onun üçün deyildi. Bu fikir onu narahat edirdi. O, evlənmək əvəzinə cinsi istəklərini təmin etmək üçün keçdiyi hər şəhərdə sevgililər götürməyi, onlarla gecələməyi və səhəri gün gizlicə başlarını kəsməyi seçmişdi. İnanmaq çətin olsa da, amma o, bir gecəlik münasibətdə olduğu hər kəsə bunu edib.
1610-cu ildə döyüş zamanı həlak olan Əminə, Zazzua Kraliçası kimi 34 illik padşahlığından sonra bu gün də Afrika tarixinin ən görkəmli və güclü qadın hökmdarlarından biri kimi xatırlanır.
Aynil






