HAMAS daha iki girovun cəsədini İsrailə təhvil verəcək

HAMAS daha iki girovun cəsədini İsrailə təhvil verəcək
Kateqoriya məlum deyil
T

HAMAS hərəkatı daha iki ölü girovun qalıqlarını bu gün İsrailə təhvil verəcək.

 

Sfera.az xəbər verir ki, bununla bağlı bəyanat hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının “Telegram” kanalında dərc olunub.

 

“İsrailli girovların fələstinli məhbuslarla mübadiləsi razılaşmasının bir hissəsi olaraq, biz bu gün axşam saat 22:00 radələrində daha iki israilli girovun cəsədini tibb əməkdaşlarına təhvil vermək qərarına gəldik”, - bəyanatda deyilir.

 

Qalıqları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil veriləcək girovların adları açıqlanmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR