Əhməd əş-Şaraa Rusiyaya GETDİ

Kateqoriya məlum deyil
T
Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq məqsədilə Moskvaya yollanıb.
Sfera.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüş zamanı əsas müzakirə mövzularından biri Rusiyanın Suriyadakı hərbi bazalarının gələcək statusu ola bilər.
Qeyd edək ki, bundan öncə Əhməd əş-Şaraa Rusiya və Çinlə əlaqələrin möhkəmləndirilməsinin Suriyanın prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdı.
Fidan Hacızadə
Sfera.az




