Yaponiya bu tarixdə baş nazirini seçəcək
Yaponiyanın parlamentinin aşağı palatasında yeni baş nazirin seçilməsi ilə bağlı səsvermə oktyabrın 21-də keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayasi məlumat verib.
“Kyodo” agentliyinin məlumatına görə, hakim Liberal-Demokrat Partiyası (LDP) yeni sədri Sanae Takaiçini baş nazir postuna namizəd irəli sürəcək. Müxalifət isə vahid namizəd üzərində razılığa gəlməyə çalışır. Əgər bu baş tutsa, müxalifətin səs çoxluğu əldə edərək 2012-ci ildən hakimiyyətdə olan LDP-ni devirmə ehtimalı var.
Hakim koalisiyanın dağılmasına “Komeyto” partiyasının LDP-dən ayrılması və partiyanı silkələyən maliyyə qalmaqalları səbəb olub. Bu gedişdən sonra LDP-nin parlamentdə mövqeləri zəifləyib.
Analitiklər bildirirlər ki, LDP yalnız yeni koalisiya yarada bilsə, hakimiyyəti qoruya bilər. Əks halda, müxalifətin hakimiyyətə gəlmə şansı yüksəkdir.
Əgər Sanae Takaichi seçkilərdə qalib gələrsə, o, Yaponiyanın tarixində ilk qadın baş nazir olacaq.
Niyaz Hacıyev
Sfera.az






