Moldova Qaqauziyanın muxtariyyətini ləğv etmək istəyir

Moldova hökuməti Qaqauziyanın muxtariyyətini tamamilə ləğv etmək istəyir.
Sfera.az xəbər verir ki, bunu Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul “TASS”a müsahibəsində deyib.
"Kişinyovun son məqsədi muxtariyyəti tamamilə ləğv etməkdir. Onlar bizi paytaxtdan idarə olunan adi bir bölgəyə çevirmək və qaqauz xalqını bizim nəsillər boyu mübarizə apardığımız xüsusi statusdan məhrum etmək istəyirlər. Amma sizi və bütün Qaqauziya sakinlərini əmin etmək istəyirəm ki, onların öz planlarını həyata keçirməsinə imkan verməyəcəyik", - o deyib.
Qeyd edək ki, Qutsul 2025-ci il avqustun 5-də müxalifətdə olan Sor partiyasını qanunsuz maliyyələşdirməkdə ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, beş il müddətinə hər hansı siyasi partiyaya üzv olmaq qadağan edilib və kampaniyasını maliyyələşdirmək üçün götürdüyü iddia edilən 2,4 milyon dollar məbləğində cərimələnib. Onun müdafiəçisi məhkəmənin hökmünə etiraz edib.
Firuzə Əliyeva
Sfera.az




