Ağ Evdə mühüm görüş keçiriləcək - Ukraynaya hərbi yardım gücləndiriləcək

Ağ Evdə mühüm görüş keçiriləcək - Ukraynaya hərbi yardım gücləndiriləcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Ukrayna lideri Volodimir Zelenskini Ağ Evdə qəbul edəcək.

 

Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi maraq doğurur.

 

Bu barədə politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın oktyabrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə keçirəcəyi görüş beynəlxalq gündəmin ən diqqətçəkən hadisələrindən biri kimi qiymətləndirilir.


Onun sözlərinə görə, görüşün əsas məqsədi ABŞ-Ukrayna münasibətlərini yeni mərhələyə çıxarmaq və iki ölkə arasında təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək olacaq:


“İlk növbədə, danışıqların mərkəzində Rusiya-Ukrayna müharibəsi, xüsusilə də ABŞ-ın Kiyevə hərbi və maliyyə dəstəyi dayanacaq. Tramp administrasiyasının bu sahədə siyasəti həm Ukrayna üçün həyati əhəmiyyət daşıyır, həm də ABŞ daxilində siyasi debat mövzusudur. Trampın bu görüşdə dəstəyin davam etdirilməsi və ya yeni şərtlərlə məhdudlaşdırılması məsələsində mövqeyini açıqlaması gözlənilir”.

 

Politoloqun fikrincə, ikinci əsas müzakirə istiqaməti Avropanın enerji təhlükəsizliyi və Ukraynanın enerji tranzit rolu ilə bağlı olacaq:

 


“ABŞ uzun müddətdir Avropanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Ukraynanı alternativ enerji və qaz nəqli marşrutlarının mərkəzinə çevirmək istəyir.

Eyni zamanda, görüşdə Kiyevdə korrupsiyaya qarşı mübarizə, demokratik islahatların gedişi, NATO və Avropa İttifaqına inteqrasiya prosesi də gündəmdə olacaq. Tramp bu məsələlərdə daha konkret nəticə və öhdəliklər gözləyə bilər”.

 

Müsahibimiz bu görüşü ABŞ-Ukrayna münasibətlərində təkcə siyasi yox, həm də strateji tərəfdaşlığın yenilənməsi baxımından mühüm addım kimi dəyərləndirir:


“Tramp və Zelenskinin danışıqları həm regionun təhlükəsizlik arxitekturasına, həm də Qərbin Rusiyaya qarşı birgə mövqeyinə təsir göstərə bilər”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR