Fransada hökumətə etimadsızlıq səsverməsi keçiriləcək

Fransada hökumətə etimadsızlıq səsverməsi keçiriləcək
Kateqoriya məlum deyil
T

Fransa Milli Məclisi (parlamentin aşağı palatası) 16 oktyabr səhər saatlarında hökumətə etimad məsələsi ilə bağlı iki qətnaməni səsverməyə çıxaracaq. 


Sfera.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.


Səsvermənin keçiriləcəyi iclas saat 09:00-da planlaşdırılıb.


13 oktyabr tarixində solçu “Boyun Əyməyən Fransa” (Nupes) və sağçı “Milli Birlik” partiyaları Milli Məclisə hökumətə etimadsızlıq barədə iki qətnamə layihəsi təqdim ediblər. Bu qətnamələr hökumətin istefası ilə nəticələnməsi üçün 289 deputat səsi tələb olunur. Kütləvi informasiya vasitələrinin hesablamalarına görə, 265 deputat hökumətə etimadsızlıq səs verməyə hazırdır, bu isə çoxluq üçün 24 səs çatışmadığını göstərir.


Bu məsələdə əsas rol Sosialist Partiyasının deputatlarına aid ola bilər. Partiya rəhbəri Olivye For hökumət pensiya islahatını dayandırmasa və ya ləğv etməsə, etimadsızlıq səsverməsində hökuməti dəstəkləyəcəyini bildirib. 

 

BFMTV-nin məlumatına görə, Fransa Baş naziri Sebastyen Lekornu hazırda islahatın müəyyən hissələrinin dayandırılması variantını nəzərdən keçirir və bunun üçün pensiya yaşının 2027-ci ilə qədər artırılmasından imtina etmək imkanını müzakirə edir. Buna görə də solçu partiyalar Baş nazirin Milli Məclisdə çıxışını gözləyir. İclas saat 15:00-da keçiriləcək.


Eyni zamanda, bəzi sağçı “Respublikaçılar” partiyasının deputatları islahatı ləğv etməyə qarşı çıxır və belə halda hökumətə qarşı səs verə bilərlər.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR