Qəzzada sülh alındı, bəs Rusiya-Ukrayna müharibəsi?

Qəzzada sülh alındı, bəs Rusiya-Ukrayna müharibəsi?
Kateqoriya məlum deyil
T

Dünən Misirdə Qəzza zolağındakı humanitar böhranın həlli məqsədilə mühüm danışıqlar keçirilib. Görüşdə əsas məqsəd atəşkəsin təmin olunması, humanitar yardımın maneəsiz çatdırılması və bölgədə davam edən gərginliyin azaldılması olub. Qəzza qarşıdurmasının gedişi və mümkün nizamlanması təkcə Yaxın Şərq bölgəsi üçün deyil, həm də beynəlxalq qüvvələr nisbəti baxımından mühüm önəm kəsb edir. 

 

Belə ki, sözügedən münaqişənin həlli digər genişmiqyaslı regional toqquşma olan Rusiya-Ukrayna müharibəsinə müəyyən təsir göstərə bilərmi?

 

Mövcud məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, şübhəsiz Qəzza probleminin həlli olduqca önəmli hadisədir.

 

 

Politoloq xatırladıb ki, dünən Misirdə bu mövzuda beynəlxalq konfrans keçirildi: “Tədbirdə 20-dən artıq dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Bu görüş Yaxın və Orta Şərqdə vəziyyətin gələcəkdə müsbət istiqamətdə nizamlanacağına dair müəyyən ümidlər yaradıb”. 

 

O.Qasımovun fikrincə, çətinliklər hələ çoxdur, lakin ABŞ və digər bir sıra dövlətlərin, o cümlədən Avropa ölkələrinin, Türkiyənin, Azərbaycanın, Ermənistanın, Pakistanın və İndoneziyanın bu prosesə qoşulması regionda gələcəkdə sabit və davamlı sülhün təmin olunması baxımından əhəmiyyətli addımdır: 


“Təbii ki, proseslərin tam şəkildə irəliləməsi üçün beynəlxalq hüquq və ədalət prinsiplərinə əməl edilməli, tərəflərin təhlükəsizlik maraqları da nəzərə alınmalıdır.
Bu münaqişənin Rusiya-Ukrayna müharibəsinə mümkün təsirlərinə gəlincə, Yaxın Şərqdə nizamlanma prosesi başa çatdıqdan sonra böyük güclərin diqqətinin həmin istiqamətə yönəlməsi gözləniləndir. Bu halda səylərin bir qismi Rusiya-Ukrayna müharibəsinə yönəldilə və nəticədə atəşkəsin əldə olunması, yaxud döyüşlərin dayandırılması istiqamətində real addımlar atıla bilər. Yəni baş verən bütün bu hadisələr bir-biri ilə sıx bağlı proseslərdir”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR