Aİ İsrailə Qəzza ilə bağlı təzyiq göstərəcək

Avropa İttifaqı Qəzza zolağı ilə bağlı bütün öhdəliklərini yerinə yetirməsi üçün İsrailə təzyiq göstərməyə davam edəcək.
Sfera.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Aİ rəsmiləri məkumat veriblər. Onlar bildiriblər ki, Qəzzada dağıntılar və 6000-dən çox insanın ölümü Qəzzanın yenidən qurulması planı üçün adekvat maliyyə ilə yanaşı, məsuliyyətli və ədalətli yanaşma tələb edir:
"Bizim təzyiqimiz vacib olaraq qalır. İsrail öz öhdəliklərini yerinə yetirməlidir”.
Avropa Komissiyasının sözçüsü daha əvvəl dediyi kimi, Brüssel Qəzza zolağının nizamlanması razılaşması fonunda İsraillə Assosiasiya Sazişinin dayandırılması ilə bağlı fikrini dəyişib. Qəzzadakı silahlı münaqişə boyu Komissiya İsrailə diplomatik təzyiq göstərmək üçün sazişin qismən dondurulması planına bütün Aİ üzv dövlətlərindən dəstək ala bilməyib. Buna görə də sazişin bir neçə ticarət müddəasının dayandırılması prosesi hələ ki, başlanmayıb.
Xatırladaq ki, oktyabrın 13-də Şarm əl-Şeyxdə Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün israilli girovların azad edilməsi ilə bağlı sülh sammiti keçirilib. Görüş zamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin anklavında yekun atəşkəs sazişini imzalayıblar. El-Sisinin ofisinin məlumatına görə, sammit iştirakçıları Trampın Qəzza zolağında münaqişənin həlli planının növbəti mərhələlərinin, o cümlədən idarəetmə, infrastrukturun bərpası və siyasi nizamlanmanın həyata keçirilməsinə çağırıblar.
İnci






