Yaxın Şərq ölkələri birləşməli və sülhü təmin etməlidir - Tramp

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq dövlətlərini və digər maraqlı tərəfləri bölgədə davamlı sülhə nail olmaq üçün birləşməyə çağırıb.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, Qəzza zolağında atəşkəs bu istiqamətdə atılacaq ilk addımdır.
“İndi bu böyük dövlətlər,uzun illərdir bölgə uğrunda mübarizə aparan ölkələr, bir araya gəlməli və işi sona çatdırmalıdır. Qəzza bunun yalnız bir hissəsidir. Əsas məsələ Yaxın Şərqdə sülhün bərqərar olmasıdır”, – deyə Tramp Vaşinqtona gedərkən "Truth Social" hesabında yazıb.
Niyaz Hacıyev
Sfera.az






