Avropa İttifaqı Trampın getməsini gözləyir - Saziş yenilənəcək?

Avropa İttifaqı Trampın getməsini gözləyir - Saziş yenilənəcək?
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra ABŞ ilə ticarət sazişinin şərtlərinə yenidən baxmağı planlaşdırır.

 

Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, məsələ Avropa İttifaqı ölkələrinin ticarət nazirlərinin çərşənbə axşamı Danimarkada keçiriləcək görüşündə müzakirə olunacaq. Toplantıda ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç də iştirak edəcək. Qəzet yazır ki, bir neçə ölkə sazişə müddətin başa çatması haqqında bəndin əlavə edilməsini tələb edir. Bu bəndə əsasən, əgər tərəflər razılaşmanı uzatmasalar, sənəd müddəti bitdikdə qüvvədən düşəcək. Diplomatların sözlərinə görə, Avropa Komissiyası bu təklifin müzakirəsinə açıqdır. 


“Lakin Trampın buna necə reaksiya verəcəyini hələ bilmirik”,  –deyə nəşrin mənbələrindən biri bildirib.

 

Xatırladaq ki, iyulun 27-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Donald Tramp razılığa gəliblər ki, ABŞ 1 avqustdan etibarən Avropadan idxal olunan malların təxminən 75 faizinə 15 faizlik rüsum tətbiq edəcək. Bu, Ağ Evin Avropadan idxalın bütün həcminə 30 faizlik rüsum qoymaq hədəsindən sonra əldə olunmuş kompromis hesab edilir. Bunun müqabilində, Avropa İttifaqı ABŞ məhsullarına gömrük rüsumu tətbiq etməyəcək.

 

Razılaşmaya əsasən, Avropa Komissiyası Rusiyadan enerji daşıyıcılarının idxalını tamamilə qadağan etməyi və ABŞ-dan 750 milyard dollar dəyərində neft, qaz, nüvə avadanlığı və yanacaq almağı, həmçinin ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq sərmayə yatırmağı öhdəsinə götürüb.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR