Logo

Bayden Trampa təşəkkür etdi

Bayden Trampa təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin keçmiş prezidenti Co Bayden Qəzza zolağında atəşkəsə görə xələfi Donald Trampa təşəkkür edib.

Sfera.az xəbər verir ki, o, Yaxın Şərqdə dinc gələcəyə ümid etdiyini bildirib.

“İndi Birləşmiş Ştatlar və dünyanın dəstəyi ilə Yaxın Şərq həm israillilər, həm də fələstinlilər üçün sülhə, ləyaqətli və təhlükəsiz gələcəyə doğru gedir. Prezident Tramp və onun komandasına işlərinə görə təşəkkür edirəm”, - Bayden X səhifəsində yazıb.

Sabiq prezident həmçinin administrasiyasının müharibəni dayandırmaq, israilli girovları geri qaytarmaq və Fələstin mülki vətəndaşlarına yardım göstərmək səylərini qeyd edib. Co Bayden vurğulayıb ki, razılaşmaya gedən yol asan olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR