"Müharibəni indiyədək heç kimin qalib gəlmədiyi kimi qazanacağıq" - Tramp

"Müharibəni indiyədək heç kimin qalib gəlmədiyi kimi qazanacağıq" - Tramp
Kateqoriya məlum deyil
T

“Birləşmiş Ştatlar müharibəyə başlamağı planlaşdırmır, lakin qarşıdurma qaçılmaz olarsa, ABŞ qalib gəlməyi hədəfləyir”.

 

Sfera.az Tass agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Knessetdə çıxış edərək bildirib.

 

“Biz hər hansı müharibəyə başlamayacağıq. Amma başlasaq bu müharibəni indiyə qədər heç kimin qalib gəlmədiyi kimi qazanacağıq. Və biz siyasi cəhətdən düzgün olmayacağıq”,- Tramp qeyd edib.

 

Tramp ABŞ-nin heç vaxt öz arsenalındakı ən güclü silahlardan istifadə etmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib. Prezident bəzi silahlara nifrət etdiyini vurğulayıb və qeyd edib ki, zərurət yarandığı halda Birləşmiş Ştatlar etməli olanı edəcək.

 

Trampın çıxışı Knessetdə böyük maraqla qarşılanıb və onun açıqlamaları beynəlxalq təhlükəsizlik məsələlərinə dair yeni müzakirələrə səbəb olub.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR