İsrail parlamentində Trampa etiraz: Deputatlar zaldan çıxarıldı - VİDEO

Misirdə keçiriləcək Qəzza sammiti öncəsi İsrailə səfər edən ABŞ Prezidenti Donald Tramp Knessetdə (İsrail parlamenti - red.) çıxış edib. Çıxış zamanı parlamentdə gərgin anlar yaşanıb.
Sfera.az “En Son Haber”ə istinadən xəbər verir ki, Trampın nitqi zamanı israilli deputatlar Ayman Odeh və Ofer Kassif onun əleyhinə şüarlar səsləndirərək etiraz aksiyası keçiriblər.
Onlar “Soyqırım” və “Fələstini tanıyın” sözləri yazılmış plakat qaldırıblar. Təhlükəsizlik əməkdaşları hər iki deputatı zalda çıxarıb.
Hadisəyə münasibət bildirən Tramp etirazı “təsirli” adlandırıb.
Qeyd edək ki, İsrail və HƏMAS arasında Misirdə atəşkəs razılaşması imzalanıb. Razılaşmaya əsasən, 20 israilli girov azad edilib və mübadilə prosesi davam edir.
Bəsti Rəfizadə
Sfera.az












