Tramp Qəzzanın bərpası üçün çağırış etdi

Kateqoriya məlum deyil
T
"Hazırda fələstinlilər və regional tərəfdaşlar münaqişədən sonra Qəzzanın bərpasına diqqət yetirməlidir. ABŞ də bu prosesdə iştirak edəcək".
Sfera.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində (Knesset) çıxışı zamanı bildirib.
"Mən bu işdə tərəfdaş olmaq niyyətindəyəm. Biz kömək etmək istəyirik", - Tramp bildirib və digər dövlətləri onun planlarına qoşulmağa çağırıb.
O, həmçinin tərəfdaşlar qrupunu "Sülh şurası" adlandırmağı təklif edib.
Tramp qeyd edib ki, beynəlxalq tərəfdaşlar qalalar deyil, Qəzzada infrastruktur qurmağa, silah tədarükü əvəzinə məhsul və texnologiya tədarükünə diqqət yetirməlidir.
Firuzə Əliyeva
Sfera.az






