Netanyahu bayrama görə “Sülh Sammiti”nə qatıla bilmir

İsrailin Baş naziri Benyamin Netanyahu Misirdə keçiriləcək “Sülh Sammiti”ndə iştirak edə bilməyəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Baş nazir Netanyahu bu gün Misirdə keçiriləcək konfransda iştirak etmək üçün ABŞ prezidenti Tramp tərəfindən dəvət olunub. Baş nazir dəvətə görə prezident Trampa təşəkkür edib, lakin bayram yaxınlaşdığı üçün iştirak edə bilməyəcəyini bildirib", - baş nazirin ofisinin məlumatında deyilir.
Qeyd edək ki, bu gün Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammiti keçirilir.
Xatırladaq ki, oktyabrda İsraildə Sukkot və onun ardınca gələn Simchat Torah bayramı qeyd olunur. Bu bayramlarda dövlət qurumları qapalı olur, səyahətlər və beynəlxalq səfərlər də çox vaxt təxirə salınır.
Firuzə Əliyeva
Sfera.az






