İsraildə Trampa belə minnətadrlıq etdilər – FOTO

İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasına vasitəçilik edən ABŞ Prezidenti Donald Trampın səfəri İsraildə böyük maraqla qarşılanıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Trampın gəlişindən əvvəl Tel-Əvivdəki ABŞ səfirliyinin qarşısında üç futbol meydanı uzunluğunda nəhəng instalyasiya (müasir incəsənət forması) hazırlanıb. İnstalyasiya Prezident Trampa təşəkkür mesajı daşıyır və azad edilən israillilərin helikopterdən görə bilməsi üçün dizayn edilib.
Qəzzada HƏMAS tərəfindən 738 gün girov saxlanılan israillilər üçün Tel-Əvivdə xüsusi qarşılanma mərasimi təşkil olunub.
Mərasim “Əsir ailələri aktivistləri” və “Silah yoldaşları” qruplarının təşəbbüsü ilə həyata keçirilib.
Bəsti Rəfizadə
Sfera.az






