Fransada hökumət böhranı bitmir: Makron istefa verəcək?

Fransada hökumət böhranı və iqtisadi geriləmələr Prezident Emmanuel Makronun siyasi mövqeyinə müəyyən təzyiqlər yaradır. Eyni zamanda Makronun istefası üçün kütləvi çağırışlar artıb.
Bəs görəsən kütləvi çağırışlar fonunda Makron istefaya gedəcəkmi?
Sualımızı cavablandıran politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a bildirib ki, Fransada hökümətin qurula bilməməsi müəyyən böhranlara səbəb olur.
Onun sözlərinə görə, həm iqtisadiyyatda, həm siyasətdə geriləmələr Fransanın dəniz aşırı ərazisilərində müəyyən narazılıqlar Emmanuel Makronun siyasi nüfuzuna zərbə vurur:

“Ona qarşı istefaların dərinləşməsi təbii ki, hökumət böhranına da gətirib çıxarır. Düşünmürəm ki, Makron istefaya gedəcək. Çünki, dayaqları güclüdür. Amma iqtisadiyyatda geriləmə, həmçinin kabinet böhranı kimi müəyyən mənfi proseslər var. Fransa prezident respublikasıdır. Prezidentin səlahiyyətləri böyükdür. Ona görə də, Makron çalışacaq ki, vəzifəsi başa çatana qədər hakimiyyətdə qalsın”.
Politoloq dedi ki, ümumiyyətlə Fransada daima iğtişaşlar, küçə etirazları olur:
"Bunlara nümunə olaraq, Sarı Jiletlər, Fermerlərin etirazı göstərilə bilər. Bunlar Makronu istefaya göndərə bilməyib. Düşünürəm ki, Fransa prezidenti istefaya getməyəcək".
Niyaz Hacıyev
Sfera.az






