Makron: “Vəzifəmi tərk etmək niyyətində deyiləm”

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, o, vəzifəsini tərk etmək fikrində deyil və ölkənin sabitliyini qorumaq üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.
Sfera.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Makron fransız xalqına müraciətində bildirib ki, Fransız xalqına verilən vəzifə xidmət etməkdir. Mən heç vaxt adi fransızların suallarını cavablandırmağı və Fransanın müstəqilliyi üçün mümkün olan hər şeyi etməyi unutmayacam”.
Prezident vurğulayıb ki, dövlət başçısı kimi sabitliyi təmin etməyə davam edəcək.
Xatırladaq ki, bir aydan az müddət bu vəzifədə çalışan Fransanın baş naziri Sebastyen Lekornu istefa verdikdən sonra Makronun da istefası məsələsi ölkənin siyasi dairələrində müzakirə olunmağa başlayıb. Bu ideya təkcə prezidentin rəqibləri arasında deyil, həm də onun keçmiş komanda üzvləri, o cümlədən sabiq baş nazir Eduard Filipp tərəfindən də səsləndirilib.
Aparılan sosioloji sorğular göstərir ki, Fransa vətəndaşlarının əksəriyyəti Makrondan bezib və onun vaxtından əvvəl istefasını dəstəkləyir. Qeyd edək ki, bir neçə gün əvvəl Fransada prezidentin istefası tələbi ilə kütləvi nümayişlər də keçirilib.
Fidan Hacızadə
Sfera.az






