Prabovo Subianto Qəzza Sülh Sammitinə qatılacaq

Prabovo Subianto Qəzza Sülh Sammitinə qatılacaq
Kateqoriya məlum deyil
T

İndoneziya Prezidenti Prabovo Subianto Qəzza zolağında atəşkəsə həsr olunan Sülh Sammitində iştirak edəcək. 


Sfera.az xəbər verir ki, bu barədə Asiya respublikasının dövlət katibliyinin naziri Prasetyo Hadi məlumat verib.


“Sammitə dəvət, doğrudan da, gözlənilmədən gəldi, lakin onlar Prabovo Subiantonun danışıqlarda iştirakı məsələsində israr etdilər. Ümid edirik ki, bu, Fələstinə, xüsusilə də Qəzzaya sülh gətirəcək”, – deyə Hadi Jakarta "Globe" qəzetinə açıqlamasında deyib.

 

Nazirin sözlərinə görə, İndoneziya lideri ölkənin silahlı qüvvələrinə Qəzzada mümkün sülhməramlı missiyalarda iştirak üçün hazırlıq tapşırığı verib.

 

Bundan əvvəl Misir Prezidenti Abdel Fəttah əs-Sisinin administrasiyası bildirmişdi ki, azı 20 ölkənin nümayəndələri Sülh sammitində iştiraklarını təsdiqləyiblər. 

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR