Filippin sahillərində güclü zəlzələ baş verib

Kateqoriya məlum deyil
T
Filippin sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Ormok şəhərindən 63 km cənub-qərbdə, zəlzələ ocağı 35 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.






